BVF: Azərbaycanda qeyrineft sektorunda artım 2,8 faiz təşkil edəcək


Digərləri 08 İyl 2019 13:53:00 186 0

BVF: Azərbaycanda qeyrineft sektorunda artım 2,8 faiz təşkil edəcək

2019-2020-ci illərdə Azərbaycanda qeyri-neft sektorunda artım təxminən 2,8 faiz təşkil edəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natalya Tamirisa deyib.

N.Tamirisa bildirib: "Fikrimizcə, bu yaxınlarda əməkhaqqı, pensiya və sosial yardımın artması, vergi və borc yükünün azaldılması üçün atılan addımlar növbəti iki ildə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək".

Nümayəndəliyin rəhbəri qeyd edib ki, orta müddətli olaraq Azərbaycanda ÜDM-in artımının sürətləndirilməsi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi özəl sektorun rolunun, idarəetmənin və şəffaflığın artırılmasına yönəlmiş struktur islahatlarının dərinləşdirilməsini və genişləndirilməsini tələb edir.