Tanınmış şirkətin xəzinədarına 14 bıçaq vurana hökm oxundu


Kriminal 08 İyl 2019 13:57:00 221 0

Tanınmış şirkətin xəzinədarına 14 bıçaq vurana hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Tural Kuboşuv 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 25-də Yasamal rayonunda "ZD Travel" şirkətinin qarşısında baş verib. Şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və ona 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb. O, bir müddət "ZD Travel" şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü işləyib.