Dönəri konyakla içmək istədi,


Kriminal 08 İyl 2019 13:48:00 182 0

Dönəri konyakla içmək istədi,

Qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinərək məhkum olunan Saleh Şahverdiyev Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, onun müraciti ilə bağlı məhkəmə baxış iclası hakim İmran Hacıqayıbovun sədrliyi ilə iyul ayının 16-da keçiriləcək.

İttihama görə, Saleh Şahverdiyev 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə "Şamaxinka" adlanan ərazidə olan restorana gələrək, burada özü ilə gətirdiyi spirtli içkini içmək istəyib. Bu zaman restoranda ofisiant işləyən Fərid Ağayev Saleh Şahverdiyevə burada spirtli içkinin qadağan olduğunu bildirib.

Tərəflər arasında mübahisə yaranıb. S. Şahverdiyev konyak şüşəsi ilə Fərid Ağayevin boyun nahiyəsinə zərbə endirib. Daha sonra restorandan çıxarılan Saleh Şahverdiyev onları ayırmağa çalışan Qədir Məmmədova cibində gəzdirdiyi bıçaqla zərbə vurub. O, hadisə yerindən qaçmağa çalışıb. Bu zaman Q.Məmmədovla restorana gələn Alı Aliyev onun qarşısını kəsib. Saleh Şahverdiyev ona da iki bıçaq zərbəsi vurub. Polis əməkdaşları tərəfindən saxlanılan S. Şahverdiyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4 (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.