Azərbaycanda Şəki halvasının istehsalı artırılacaq


Digərləri 08 İyl 2019 13:30:00 209 0

Azərbaycanda Şəki halvasının istehsalı artırılacaq

Şəki halvası, şirniyyat və un məmulatlarının istehsalı ilə məşğul olan "Halvaçı Yəhya" şirkəti istehsal həcmini artırmağı planlaşdırır.

Son.az xəbər verir ki, bunu Trend-ə müəssisənin direktoru Ramin Səmədov deyib.

Onun sözlərinə görə, müəssisədə gündəlik olaraq 150-160 kiloqram Şəki halvası istehsal olunur:

"Bu məhsul istehsalının əsasını təşkil edir və tamamilə daxili bazarda satılır. Müəssisənin gündəlik istehsal həcmi 250 kiloqram təşkil edir. İstehsal gücünü iki dəfə artırmaq mümkündür, biz sutkada 500 kiloqram məhsul istehsal edə bilərik".

Direktor bildirib ki, məhsulun qonşu ölkələrə ixracı planlaşdırılır: