İyun ayı ərzində sərnişindaşınmanın STATİSTİKASI açıqlandı


Digərləri 08 İyl 2019 13:27:00 230 0

İyun ayı ərzində sərnişindaşınmanın STATİSTİKASI açıqlandı

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 2019-cu ilin iyun ayı ərzində istifadə edən sərnişinlərin sayı açıqlanıb.

Bakı. Ceyhun Ələkbərov - Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 2019-cu ilin iyun ayı ərzində istifadə edən sərnişinlərin sayı açıqlanıb. BBAK-dən Trend-ə verilən məlumata görə, bu ilin iyun ayı ərzində ümumilikdə 10 min 915 reyslə 287 min 585 sərnişin daşınıb. Sərnişinlərdən 260 mini şəhərlərarası istiqamətlərə, 27 min 585 sərnişin isə beynəlxalq reyslərlə yola düşüb. Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, Qırmızı Körpü, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki şəhərlərinə olub. Beynəlxalq reyslərdə isə Marneuli, İstanbul, Tbilisi, Naxçıvan şəhərlərinə gedənlərin sayı üstünlük təşkil edir. Qabaqcadan satış kassalarından və “onlayn” qaydada bilet alanların sayı 15 mindən çoxdur. Sərnişin sayından asılı olaraq bölgələrə və beynəlxalq reyslərə avtobus sayı artırılıb.