Bu il evlənmək istəyənlərin 64də QİÇS, 77də sifilis aşkarlanıb


Digərləri 08 İyl 2019 12:54:00 203 0

Bu il evlənmək istəyənlərin 64də QİÇS, 77də sifilis aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 19 848 nəfərdə talassemiya daşıyıcılığı, 512 nəfərdə İİV/QİÇS, 1801 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bugünədək nikaha daxil olmaq üçün 568 163 nəfər insan qan müayinəsindən keçib. İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 212 cütlük aşkar edilib.

Z.Əlimirzəyeva əlavə edib ki, yalnız bu ilin yanvar-iyun ayları ərzində 68 350 nəfər qan müayinəsinə cəlb olunub.

Onların 1433 nəfərində talassemiya daşıyıcılığı, 64 nəfərində İİV/QICS, 77 nəfərində isə sifilis xəstəliyi aşkar edilib.

Bu ilin ilk 6 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 23 cütlük prenatal müayinəyə cəlb olunub.