BVF: Azərbaycanda qeyri-neft sektorunda artım 2,8 faiz təşkil edəcək


Digərləri 08 İyl 2019 12:55:49 199 0

BVF: Azərbaycanda qeyri-neft sektorunda artım 2,8 faiz təşkil edəcək

2019-2020-ci illərdə Azərbaycanda qeyri-neft sektorunda artım təxminən 2,8 faiz təşkil edəcək.

Bakı. Sara İsrafilbəyova - 2019-2020-ci illərdə Azərbaycanda qeyri-neft sektorunda artım təxminən 2,8 faiz təşkil edəcək. Bunu Trend-ə açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natalya Tamirisa deyib. N.Tamirisa bildirib: "Fikrimizcə, bu yaxınlarda əməkhaqqı, pensiya və sosial yardımın artması, vergi və borc yükünün azaldılması üçün atılan addımlar növbəti iki ildə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək". Nümayəndəliyin rəhbəri qeyd edib ki, orta müddətli olaraq Azərbaycanda ÜDM-in artımının sürətləndirilməsi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi özəl sektorun rolunun, idarəetmənin və şəffaflığın artırılmasına yönəlmiş struktur islahatlarının dərinləşdirilməsini və genişləndirilməsini tələb edir.