Sabah-ın yeni transferi: "Qarabağ-dan təklif almamışdım"


İdman 08 İyl 2019 12:43:00 235 0

Sabah-ın yeni transferi: "Qarabağ-dan təklif almamışdım"

“Bura gəldiyim üçün çox xoşbəxtəm. “Sabah”ın bir hissəsi olmaq qürurvericidir. Bugünkü oyunum da pis alınmadı, 2 qol vurdum və 1 məhsuldar ötürmə verdim”.

Bunu açıqlamasında “Sabah”ın yeni transferi Hendrik Eksteyn “Zirə”ni 5:3 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra deyib. Cənubi Afrika Respublikasından olan 28 yaşlı yarımmüdafiəçi onunla daha öncə “Qarabağ” və “Səbail”in də maraqlanmasına aydınlıq gətirib: “Açığı, “Qarabağ”ın mənimlə maraqlanması ilə bağlı söhbəti birinci dəfədir eşidirəm. Real bir şey deyil. Ancaq “Səbail” ilə danışıqlar oldu. Bu klub tərəfindən maraq var idi. Lakin onların təklifini müsbət dəyərləndirə bilmədim. Ardınca “Sabah”dan dəvət gəldi. Bundan sonra vaxtilə Azərbaycanda “Qarabağ”da çıxış etmiş əmyerlim Dino Ndlovu ilə məsləhətləşdim. O, ölkəni təriflədi və dedi ki, sənin üçün yeni çağırış olacaq. Ona görə də təklifi qəbul edib, gəldim”.

Eksteyn “sizi “Sabah”ın ən yaxşı bombardiri kimi görə biləcəyik” sualına belə cavab verib: “Hələlik bombardirlik barədə danışmaq tezdir. Çempionat başlayandan sonra real bir şey görə, danışa bilərik”.

Qeyd edək ki, Hendrik Eksteyn “Sabah”la 2 illik müqavilə bağlayıb. (report)