Səfir: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir


Digərləri 08 İyl 2019 12:40:46 165 0

Səfir: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir

Bakı. Ləman Zeynalova - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşməsi faktı müsbət amildir. Bunu Trend-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib. Səfirin sözlərinə görə, Vaşinqtondakı görüş onu ifadə edir ki, ABŞ həmsədr qismində yenə maraq nümayiş etdirib: “Bütün həmsədr ölkələr münaqişənin yaxın zamanlarda həll olunmasının zəruriliyini görürlər. Hamı başa düşür ki, status-kvo qəbuledilməzdir və hər kəs münaqişənin sülh yolu ilə həllini görmək istəyir. Bu, Vaşinqtondakı görüşün ən böyük nəticəsidir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin