Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini iyulun 12-də Xızıda vətəndaşlarla görüşəcək


Digərləri 08 İyl 2019 12:19:01 184 0

Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini iyulun 12-də Xızıda vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun iyulun 26-da Xızı rayonuna təyin olunmuş qəbulu iyulun 12-ə keçirilib.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun iyulun 26-da Xızı rayonuna təyin olunmuş qəbulu iyulun 12-ə keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, qəbul iyulun 12-də saat 11:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küç. 37) keçiriləcək. Qəbul zamanı yalnız Xızı rayonunun sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.