Bakıda "VAZ" lyuka düşdü


Digərləri 08 İyl 2019 11:35:00 223 0

Bakıda "VAZ" lyuka düşdü

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Babək prospektində, maşın bazarının yaxınlığında qeydə alınıb. Drenaj qapağı olmadığından həmin ərazidən keçən "VAZ" markalı avtomobil lyuka düşüb.

Avtomobil ətrafdakı insaların köməkliyi ilə çıxarılıb. Hadisə səbəbindən prospektdən üzü Əhmədliyə doğru gedən yolda tıxac yaranıb.


Xəbərə aid foto