II və III ixtisas qrupları üzrə imtahanların cavabları yaxın iki həftə ərzində açıqlanacaq


Digərləri 08 İyl 2019 11:40:00 242 0

II və III ixtisas qrupları üzrə imtahanların cavabları yaxın iki həftə ərzində açıqlanacaq

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanların nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunması nəzərdə tutulur.