Sakin: "UNESCOnun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı"


Kriminal 08 İyl 2019 10:50:00 215 0

Sakin: "UNESCOnun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı"

Şəki şəhərinin tarixinə verilən qiymət bir sakin kimi məni çox sevindirir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şəki şəhər sakini Vüqar Bayramov deyib.

O qeyd edib ki, bu addımın atılması qədim Şəkinin dünyada tanıdılması deməkdir: "UNESCO daim Azərbaycanın tarix-memarlıq qoruqlarına, mədəni abidələrinə diqqət yetirib. Bu da həmin diqqətin daha bir nümunəsidir. Şəki Azərbaycanın qədim yaşayış məskənlərindəndir. UNESCO-nun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı. Şəki sakini olaraq, həqiqətən də, böyük qürur duyuram. Bu işdə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Artıq Şəki şəhəri dünyada tanınacaq. Bu da öz növbəsində şəhərimizə gələn turistlərin sayını xeyli artıracaq".

Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.