Bakıda "VAZ" lyuka düşdü - yolda tıxac yarandı (FOTO)
Digərləri 08 İyl 2019 10:42:00 215 0
Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Bakı. Ceyhun Ələkbərov -
Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Babək prospektində, maşın bazarının yaxınlığında qeydə alınıb. Drenaj qapağı olmadığından həmin ərazidən keçən "VAZ" markalı avtomobil lyuka düşüb.
Avtomobil ətrafdakı insaların köməkliyi ilə çıxarılıb. Hadisə səbəbindən prospektdən üzü Əhmədliyə doğru gedən yolda tıxac yaranıb.
Mənbə: az.trend.az