Sakin: UNESKO-nun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı


Digərləri 08 İyl 2019 10:19:09 197 0

Sakin: UNESKO-nun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı

Şəki şəhərinin tarixinə verilən qiymət bir sakin kimi məni çox sevindirir.

Bakı. Samir Əli - Şəki şəhərinin tarixinə verilən qiymət bir sakin kimi məni çox sevindirir. Bunu Trend-ə açıqlamasında Şəki şəhər sakini Vüqar Bayramov deyib. O qeyd edib ki, bu addımın atılması qədim Şəkinin dünyada tanıdılması deməkdir: "UNESKO daim Azərbaycanın tarix-memarlıq qoruqlarına, mədəni abidələrinə diqqət yetirib. Bu da həmin diqqətin daha bir nümunəsidir. Şəki Azərbaycanın qədim yaşayış məskənlərindəndir. UNESKO-nun Şəki şəhərinə verdiyi qiymət bir azərbaycanlı kimi məni çox qürurlandırdı. Şəki sakini olaraq həqiqətən də böyük qürur duyuram. Bu işdə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Artıq Şəki şəhəri dünyada tanınacaq. Bu da öz növbəsində şəhərimizə gələn turistlərin sayını xeyli artıracaq".