Gəncədə 5 otaqlı ev yanıb


Digərləri 08 İyl 2019 10:09:00 216 0

Gəncədə 5 otaqlı ev yanıb

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 112 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yüksək temperaturdan evin plastik qapı və pəncərəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.