Hindistanda avtobus qəzası: 29 ölü


Dünya 08 İyl 2019 08:59:00 192 0

Hindistanda avtobus qəzası: 29 ölü

Hindistanın Aqra şəhərindəki avtobus qəzasında ən azı 29 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.

Lakhnau şəhərindən paytaxt Dehliyə gedən avtobus 4,5 metr dərinlikdə olan dərəyə aşıb.

Qeyd edək ki, avtobusda 40 sərnişin olub.