Frankfurtda 16,5 min insan bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib
Dünya 08 İyl 2019 08:48:00 230 0
Almaniyanın Frankfurt-Mayn şəhərində təxminən 16,5 min sakin İkinci Dünya Müharibəsindən qalmış bombanın zərərsizləşdirilməsi əməliyyatı ilə bağlı təxliyə edilib.
Son.az Trend-ə istinadən bildirir ki, 500 kiloqramlıq bomba Avropa Mərkəzi Bankının binası yaxınlığında, inşaat işləri zamanı aşkarlanıb.
Təxliyə yerli vaxtla saat 08:00 başlayıb.
Mənbə: milli.az