Meksikada zəlzələ baş verib


Dünya 08 İyl 2019 08:07:00 207 0

Meksikada zəlzələ baş verib

Meksikanın Oaxaka ştatında 4 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 19:35-də qeydə alınan yeraltı təkanların episentri San Mateo del Mari şəhərindən 48 kilometr şimalda, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.