Hər səhər çay içənlərin diqqətinə Bu xəstəliklərə səbəb olur


Digərləri 08 İyl 2019 07:28:00 244 0

Hər səhər çay içənlərin diqqətinə  Bu xəstəliklərə səbəb olur

Hər səhər bir çoxumuz qəhvəaltı etməsək də, çay içirik.

Son.az ölkə.az-a istinadən bildirir ki, səhərlər çay içmək bəzi hallarda müəyyən xəstəliklərin yaranmasına səbəb olur.

Anemiyaya səbəb olur

Həddən artıq çay içmək orqanizmə ziyandır. Çünki çayın tərkibindəki bi maddə orqanizm tərəfindən dəmirin sovrulmasının qarşısını alır və anemiya, qansızlıq kimi xəstəliklərə səbəb olur.

Taxikardiya

Bundan başqa, çayın tərkibindəki kofein isə qan təzyiqini yüksəldir və taxikardiya yaradır. Həm də normadan artıq çay içmək orqanizmin su itirməsinə səbəb olur.

Xərçəng

Məlum olub ki, qaynar içilən çay orqanizmə ciddi ziyan vurur. Çayın tərkibindəki tein və tanen maddələri çay qaydalara uyğun dəmlənməyəndə aktivləşir. Bu isə xərçəngə səbəb ola bilər. Belə halın qarşısını almaq üçün çayı çox isti pilətədə dəmləmək olmaz.