Türk mətbəxinin sürprizləri FOTO


Digərləri 08 İyl 2019 07:00:00 321 0

Türk mətbəxinin sürprizləri  FOTO

Türkiyədə paxlava ilə şaurma yemək və sonra türksayağı qəhvə içmək insana xüsusi zövq verir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkədə hər bir insan özünü qastroturist və kulinariya mütəxəssisi kimi apara, o qədər də dəbdəbəli olmayan restoranlarda maraqlı təamları seçib kababı yenidən kəşf edə bilər.

Qastronomiya jurnalisti Anatoli Qendin tutu.ru portalında Türkiyə mətbəxinin sürprizlərindən bəhs edib. O yazıb: "Türkiyə çimərliklər artıq bizim üçün doğmadır. Oradakı yeməklər də elə ekzotik sayılmır - doyumlu, ləziz və lazımi qədər ədviyyatlı. Lakin bəzi incəliklər də var".

Məzənin tərkibindəki çeşidli çərəzlər

Türklər də süfrəyə ilk olaraq məzə düzürlər. Bizim süfrədən fərqli olaraq, onlarda qəlyanaltı sonsuzadək davam edə bilər və bu əyləncəli kulinar-qastronomik janr məzə adlanır. Masanın üzərində öz üsulu ilə və ard-arda kiçik boşqablar və ləziz məzələr dolu nimçələr peyda olur. Adətən, birinci növbədə, süfrəyə zeytun və müxtəlif üsulla hazırlanmış zeytun yağları gətirilir. Sonra buxarda bişirilmiş, qurudulmuş və marinada qoyulmuş balıq tikələri gəlir. Süfrə yağsız yoğurt və sarımsaq əlavə edilmiş tərəvəz püresi, brınza və digər pendir növləri ilə bəzədilir. Ardınca nazik doğranmış basdırma, pörtlədilmiş toyuq soyutması və digər ət təamları gətirilir. Təzə tərəvəz, salatlar, dolma və yumurta da masanı bəzəyir. Meyvə və quru meyvələr türk süfrəsinin bəzəyidir. İsti nemətlərdən təndirdə bişmiş fətir, müxtəlif ölçülü frikadellər, içərisində ət, kartof və tərəvəz olan piroqlar və digər təamlar... 

Məzənin hazırlanmasının tarixində qədim zamanların məişətinə aid olan və həqiqətə bənzəyən bir detal var. Rəvayətə görə, XVI əsrdə hökmdar Qanuni Sultan Süleyman öz sarayında çox maraqlı bir qayda qoyub. Zəhərlənməkdən qorxan hökmdar onun üçün hazırlanmış yeməkləri azacıq porsiyalarla qul-dequstatorlara verməyi əmr edib. Həmin dövrün əyanları dərhal bu təcrübəni tətbiq ediblər. Zaman keçdikcə bu qaydanın kriminal tərəfi unudulub, sarayın kulinar adətləri isə milli ənənə halını alıb.

Türk süfrəsinin bu qəlyanaltı ənənəsinin təhlükəli cəhəti ondan ibarətdir ki, günümüzün insanı adət etmədiyindən, süfrəyə verilən ilk on təamdan sonra az bir vaxtda çox yeyərək doyur. Bu səbəbdən sayıq olmaq lazımdır!

Bir və ya iki şiş sifariş edin

İstənilən türk restoranının menyusunda mütləq "kabab" yazılmış təam tapacaqsınız. Bir çox hallarda bu, kiçik ət tikələridir. Onları uzun şişlərə düzür və kömür üzərində qızardırlar. Yəni, yerli şiş-kabab, bizim alışdığımız kababdır. Türklər şişdə müxtəlif tərəvəzlər - badımcan, pomidor, soğan da hazırlayaraq qarnir kimi ətə və ya balığa əlavə edirlər. Onların xoş qoxusu belə insanı doydurur. 

Qeyd edək ki, türk restoranlarında kababı bizim Qafqaz mətbəxindəki kimi şişlərdə gətirmək olmaz. Xüsusi hazırlıq keçmiş ofisiantlar bişmiş ət tikələrini şişdən ayırır və isti boşqablara düzürlər. Onları kababçı adlandırırlar.

Lakin bu janrda hər şey o qədər də sadə deyil. Şiş-kababdan başqa, çəkilmiş qoyun və ya mal ətindən hazırlanmış qiymənin şişdə hazırlandığı şiş-küftə də təqdim olunur. Bu təamı hazırladıqda, ətlə yanaşı, habelə qoz ləpəsi, pendir, yumurta, göyərti və bir az düyü də tələb olunur. Bütün bu komponentləri yaxşıca qarışdırmaq lazımdır, çünki əks halda hazırlanmış qiymə şişdən kömürün üzərinə tökülə bilər. Bir neçə dəqiqədən sonra tam bişmiş və buğlanan şiş-küftəni boşqablara düzür və ya fətirin arasına qoyurlar. Bu təam menyuda Adana kababı adlanır.

Türk mətbəxində şişsiz hazırlanan kabablar da var. Məsələn, tərəvəzlə pörtlədilən və gil sobada bişirilən ət tikələri Təndir kababı adlanır. Nəhayət, ən yüksək kulinariya nümunəsi: əvvəlcə qarışdırılmış qiyməni enli şişlərə düzürlər və sonra onu çıxararaq nazik xəmirə bükürlər. Sobadan çıxan bu batonu kiçik tikələrə bölüb süfrəyə verirlər. Bu, dönər kabab adlanır. Türklərdə bu kababın 50-dən çox növü var. Hətta istənilən ət yeməklərinə əlavə edilən "kabab sousu" da hazırlanır. Yeri gəlmişkən, balıq kababı da tez-tez təqdim olunan yeməklər arasındadır.

Bir çox türk restoranları, xüsusilə kiçik ailə lokantaları özünəməxsus kabab növləri təqdim edirlər. Onların gizli hazırlanma reseptləri bu kababları daha ləziz edir, yerli sakinlər isə kababçının məharətinə görə həvəslə bu kiçik restoranlara gedirlər.

Ləziz türk plovu

Türklər çox sevdikləri plovu (pilav) hazırlamağı yaxşı bacarırlar. Onlar həm də daha keyfiyyətli düyünü seçə bilirlər. Bu təamın hazırlanmasının ümumi qaydaları ilə yanaşı, uzun düyünü plov, xırda düyüləri isə şorba, qiymə hazırlanmasında istifadə edirlər. Belə demək mümkünsə, plovun keyfiyyəti düyünün təzəliyindən, bişmə müddəti isə istifadə olunan ətin suyundan asılıdır. Türkiyədə düyünü sənaye miqyasında istehsal etdikləri üçün seçim də çoxdur. 

Toy kimi ailə şənliklərində plov süfrənin bəzəyidir. Onun resept hissəsi üzrə türklər hər zaman məharətlidirlər. Onlar plova, toyuq və quzu əti, ciyər və qoz da əlavə edirlər. Kişmiş isə plova şirin dad verir, habelə bu təama kərə yağı ilə əvvəlcədən şəkərə yatırılmış gilənar da qatırlar. Əgər sizin boşqabınızda ətirli və ləziz düyünün yanında azacıq vermişel də olsa, bu, sizi təəccübləndirməsin. Çünki bu, ənənəvi reseptlərdən biridir.

Türk plovlarının bir neçəsi bizim adət etdiyimiz Orta Asiya klassik plovundan fərqlidir. Belə ki, əvvəlcə düyünü dəmə qoyur, hazır olduqdan sonra bişirilmiş ət, balıq və ya tərəvəzlə qarışdırırlar. Hətta bu üsulla bəzi yeməkləri ümumiyyətlə düyüsüz də hazırlayırlar. Məsələn, buğda yarmasından hazırlanan yemək də öz ləzzətinə görə düyü plovundan heç də geri qalmır.

Balıq turu. Ən çox yeyilən hamsi


Xəbərə aid fotolar