Vəlvələçayda sululuq normadan çox olub, bəs digər çaylarda?


Digərləri 08 İyl 2019 07:04:41 256 0

Vəlvələçayda sululuq normadan çox olub, bəs digər çaylarda?

Çaylarda suyun səviyyəsi açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Çaylarda suyun səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla 90-120 faizini təşkil edib. Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 110 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 37 faizini təşkil edib. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 120 kub/s olmaqla, ongünlük normadan az olub. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 76 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 42 kub/s təşkil etməklə ongünlük normadan az olub. Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 26 kub/s qeydə alınıb ki, bu da ongünlük normadan az olmaqla normanın 26 faizini təşkil edib. Bu rəqəm 2018-ci ildə 33 kub/s təşkil etməklə ongünlük normadan az olub.