Gürcüstanın “Rustavi 2” televiziya kanalı müvəqqəti yayımı dayandırıb


Digərləri 08 İyl 2019 06:08:15 189 0

Gürcüstanın “Rustavi 2” televiziya kanalı müvəqqəti yayımı dayandırıb

Gürcüstanın “Rustavi 2” televiziya kanalı müvəqqəti olaraq yayımı dayandırıb.

Gürcüstanın “Rustavi 2” televiziya kanalı müvəqqəti olaraq yayımı dayandırıb. Trend-in məlumatına görə, Georgiya Qabuniyanın müəllifi olduğu “P.S.” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadələr işlətməsinə etiraz edən yüzlərlə yerli sakinin telekanalın binası qarşısında toplaşması və narazılıqlarını bildirməsi olub. Aksiya iştirakçıları proqramın aparıcısı Giorgi Qabunianın işdən qovulmasını tələb ediblər. “Telekanalın təhlükəsizliyi təmin olunana qədər yayımın dayandırılması qərarı verilib”, - deyə telekanalın baş direktoru Nika Qvaramiya canlı yayımda bildirib. Daha öncə, “Rustavi 2” televiziya kanalı aparıcı Qiorgi Qabuniyanın qalmaqal yaradan monoloquna görə tamaşaçılardan üzr istəyib.