Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar


Digərləri 08 İyl 2019 01:17:07 234 0

Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar

Bakı. İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar. Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.