Günün qoroskopu: özünüzə həddən artıq güvənməyin


Digərləri 08 İyl 2019 00:01:00 241 0

Günün qoroskopu: özünüzə həddən artıq güvənməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Fəqət özünüzə həddən artıq güvənməyin. Təşəxxüs sizi illüziyalara aldanaraq reallıqdan uzaqlaşdıra bilər. Günün ikinci yarısında vəd və öhdəlikləri unutmayın. Müstəqil fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda həlim, mehriban olun. Başqalarının mövqelərini nəzərə alın. Axşam saatlarında evdən kənarda dincəlmək olar.

Buğa - Günün ilk yarısı uğurlu olacaq. Son vaxtlar darıxdığınız insanla görüş və ya sizə əziz insandan xəbərlərin alınması istisna deyil. Maraqlı ideyalardan birini yaxın vaxtlarda dostlar və ya qohumlardan birinin yardımı ilə həyata keçirə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir. Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Qəflətən yaranan problemlərdən biri sizi planlarda təcili dəyişikliyə vadar edəcək. Əsla maraqlanmadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Maliyyə itkiləri istisna deyil.

Əkizlər - Maliyyə problemlərinin həllində süstlük etməyin. Önəmli işlərin çözülməsində başqalarından yardım gözləməyin. Şərik və ya tərəfdaş kömək etmək istəyirsə, təklifi dəyərləndirin.  Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Eyni zamanda bilik və bacarıqlarınıza tələbat da artacaq. Qəfil tapşırıq, öhdəlik də istisna deyil. Sənədləşdirmələrdə, hesabatlarda diqqətli olun.  Ailə üzvlərinizin səmimiyyət və qayğıya daha çox ehtiyacı var.

Xərçəng - Müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Emosional fon yaxşı olmadığından əhvalınız tez-tez dəyişəcək. Bədbinliyə qapılmayın. Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın. Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli deyil. Alış-veriş zamanı kəskin zərurət duyulmayan əşyalar almayın. Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Əhvalınız yaxşılaşacaq. Yeni tanışlıqlar istisna deyil.

Şir - Sirlərinizi hamı ilə bölüşməyin. Mübhəm nüansları aşkarlamayın. Faş olunmuş həqiqətlərin bəziləri zərərinizə işləyə bilər. Yaxınlarınızla səmimi və açıq olun. Peşəkar fəaliyyət sahəsindəki tapşırıqların detalları barədə çox danışmayın. Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlarda zəruri dəyişikliklər edə bilərsiniz. Axşam saatlarını həmfikir və ya dostla müzakirələrdə keçirə bilərsiniz. Əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirin. Kəskin mübahisələrə başlamayın.

Qız - Gün uğurlu olacaq. Səylə və iradə ilə çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin bəhrəsini görəcəksiniz. Səfərlər ehtimal olunandan artıq vaxt alacaq. Ailədə fikir ayrılıqları istisna deyil. Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü ifrat yormayın.

Tərəzi - Yeni sifarişçi və ya müştəri ilə təmaslar olacaq. Bilik və bacarıqlarınızdan maksimum səviyyədə yararlana biləcəyiniz şərait yaranacaq. Məsul tapşırıqlarda səhvlərə yol verməyin. Günün ikinci yarısında rəqabət artacaq. Biznes sxemi yenilənmə tələb edir. Yeni təmaslar qurduğunuz insanla işbirliyini intensivləşdirin. Sınaqlara sinə gərin. Emosiyalara uymayın.