Bakıda yük maşını “Bakubus”un avtobusuna çırpılıb


Digərləri 08 İyl 2019 00:03:00 207 0

Bakıda yük maşını “Bakubus”un avtobusuna çırpılıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, hadisə iyunun 7-si gecə saat 23 radələrində Hövsan yolunda baş verib.

Məlumata görə, Ford markalı yük avtomobili idarəetməni itirməsi nəticəsində 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən BakuBus MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb. Nəticədə yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.