Ötən rübdə Adobenin gəliri rekord həddə çatıb


Digərləri 07 İyl 2019 23:40:00 216 0

Ötən rübdə Adobenin gəliri rekord həddə çatıb

Gəlir, bir il ərzində 25% artıb

"Adobe" şirkəti bu həftə, may ayının 31-də başa çatan 2019-cu maliyyə ilinin ikinci rübü üçün hesabat yayımladı.

Son.az ted.az-a istinadən bildirir ki, hesabat dövrü "Adobe"yə 2,744 milyard dollar gəlir gətirib. Bu dəyər, 2018-ci ilin ikinci rübünün göstəricisini 25% aşmaqla yanaşı, həm də "Adobe"nin yeni rekordu oldu.

Gəlirlərin böyük hissəsi - 2, 456 milyard dollar - abunəlik üzrə təqdim olunan xidmətlərin payına düşür. Daha 153 milyon dolları satış, 135 milyon dolları isə xidmət və texniki dəstək təmin edib.

Əməliyyat gəlirləri il ərzində 698 milyon dollardan 750 milyon dollara qədər artıb, lakin xalis mənfəət 663 milyondan 633 milyon dollara qədər azalıb.