Ən çox üstünlük verilən bu 20 PIN koddan


Digərləri 07 İyl 2019 23:20:00 232 0

Ən çox üstünlük verilən bu 20 PIN koddan

ESET", Amerikanın SANS İnsititutunun araşdırmasına diqqət çəkərək, telefonun klidini açmaq üçün daxil olunan PIN kodların əksəriyyətinin eyni olduğunu deyir.

Son.az ted.az-a istinadən bildirir ki, ən çox istifadə olunan 20 PIN kod mövcuddur. Həmin PIN kodları təqdim edirik:

-0000, -1004, -1010, -1111, -1122, -1212, -1234, -1313, -2000, -2001, -2222, -4444, -3333, -4321, -5555, -6666, -6969, -7777, -8888, -9999

Telefon istifadəçilərinin 26%-i məhz bu kodlara üstünlük verir.

Test edilən bütün telefonların 26%-nin bu kodlardan istifadə edərək klidinin açıldığı bildirilib. Bu onu göstərir ki, telefon oğurlanarsa, itərsə, cinayətkarlar cihazın sahibi haqqında heç nə bilməsələr də bir neçə cəhddə telefona daxil ola bilərlər.

"ESET İngiltərə"dən təhlükəsizlik üzrə mütəxəssis Jake Moore, "Bu PIN kodlardan istifadə edirsinizsə, dəyişdirin", - tövsiyəsini edib.

Məna ifadə edən tarixlərdən istifadə etməyin

Jake Moore görə, təhlükəli olan bir başqa üsul isə daha tez xatırlamaq üçün məna ifadə edən tarixlərdən istifadə olunmasıdır: "Telefonda 4 rəqəmli kodlardan istifadə olunanda, istifadəçilər çox vaxt bir il ifadə edən kodlardan istifadə edirlər. 6 rəqəmli kod olan zaman da, əsasən asan xatırlanan bir tarixə üstünlük verilir. Çox təəssüf ki, kiber cinayətkar da telefonunuzun klidini açmaq üçün ehtimal oluna bilən kodlardan istifadə edir".