Rusiyada 55 yaşlı azərbaycanlı


Dünya 07 İyl 2019 22:43:00 201 0

Rusiyada 55 yaşlı azərbaycanlı

Rusiyanın Volqoqrad vilayətinin Krasnoarmeysk rayon sakini 55 yaşlı azərbaycanlı Zingirov Vaqif Qiyamət oğlu itkin düşüb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Bloknot Volqoqrada" saytı xəbər verib. Vaqifin həyat yoldaşı Diana hadisə ilə bağlı polisə müraciət edib.

"Onun harada olması haqda heç nə məlum deyil. Heç bir xəstəlikdən əziyyət çəkmirdi", -  deyə Vaqifin həyat yoldaşı Diana bildirib.

Boyu 184 sm. olan V. Zingirovun evdən çıxan zaman əynində göy cins və qara zolaqlı ağ qısa qollu köynək olub. V. Zingirov evdən pasportla çıxıb.