Hatayda partlayışa görə 16 nəfər saxlanılıb


Dünya 07 İyl 2019 22:38:00 232 0

Hatayda partlayışa görə 16 nəfər saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları Hatay vilayətində baş vermiş partlayışa görə 16 nəfəri saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, onlar Reyhanlı və İskənderun rayonunda keçirilmiş xüsusi əməliyyat nəticəsində ələ keçib.

Saxlanılanlar təhlükəsizlik idarəsinə aparılıb.

Qeyd edək ki, partlayış iyulun 5-i Türkiyənin Hatay vilayətin Reyhanlı rayonunda qeydə alınıb.

Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.