Yeni MediaPad M6 planşeti təqdim edildi


Digərləri 07 İyl 2019 22:10:00 189 0

Yeni MediaPad M6 planşeti təqdim edildi

"Huawei" yeni "MediaPad M6" planşetlərini ictimaiyyətə təqdim edib. Bazarda 10,8 və 8,4 düym ekranlı modifikasiyalar peyda olacaq.

Son.az ted.az-a istinadən bildirir ki, cihaz arasındakı fərq batareyanın ölçüsü ilə (6100 mas vs 7500 mas) ifadə edilir. Planşet sahibləri Mali-G76 video çipi və Kirin 980 prosessoru sayəsində müasir oyunları asanlıqla idarə edə biləcəklər. Versiyaların hər birində 4 GB operativ yaddaşın olması nəzərdə tutulur.

Müştərilərin istəklərindən asılı olaraq, "MediaPad M6" planşetlərinin 64-128 GB daimi yaddaşlı versiyaları satışa təqdim olunur. Ön kamera 8 mp, əsas kamera isə 13 mp modul alıb. Ekspertlər, minimum komplektasiyaya görə 250 avrodan başlayan satış qiymətinə malik cihazlara yüksək tələbat proqnozlaşdırırlar.