Kimi “LİKE”, kimi isə “FOLLOW” ilə: Sosial şəbəkələr günümüzün


Digərləri 07 İyl 2019 21:40:00 259 0

Kimi “LİKE”, kimi isə “FOLLOW” ilə: Sosial şəbəkələr günümüzün

Sosial şəbəkə insanların məzmun yaratma və ondan istifadə etmə üsuludur. Yəni, sosial medianın ən böyük açılışı odur ki, onun məzmunu izləyicilər tərəfindən yaradılır. İzləyicilər burda təkcə məzmun yaratmır, həm də məzmunlara münasibət bildirir, dialoq qurur və s.

İnsanların cəmiyyətdəki nüfuzu sosial şəbəkədə izlənilmə və bəyənilmə sayı ilə ölçülür

Son.az ted.az-a istinadən bildirir ki, sosial şəbəkələr ənənəvi və müasir olaraq iki yerə ayrılır. Yəni, əvvəllər sosial şəbəkələr insanın yaxınlarını, qohumlarını, iş yoldaşlarını bir sözlə onu tanıyanları birləşdirirdisə, indi  sosial şəbəkələr, elmi və yaradıcı mühit olmaqla, marketinq, piar, təbliğat, hətta nüfuz göstəricisidir. Artıq insanların cəmiyyətdəki nüfuzu sosial şəbəkədə izlənilmə və bəyənilmə sayı ilə ölçülür. Deməli sosial şəbəkə həm də, sosial kapitalı artıran bir platformadır. Hazırda ölkəmizdə də, böyük bir media orqanının auditoriyası qədər, sosial şəbəkədə auditoriyası olan influenser var. Böyük mediya orqanı demişkən, media orqanları sosial şəbəkələrdən aslı vəxiyyətə düşüb. Necə? - Redaktorun portalda yerləşdirdiyi məlumatı SMM-çi sosial şəbəkələrdə paylaşmalıdır ki, insanlar oxusunlar.

"ВКонтакте"la "Facebook" bir almanın iki yarsıdır. Lakin bu almanın bir yarısı qıpqırmızı, digər yarsı isə Sibir soyuğundan donmuş kimidir

Sosial şəbəkələr ölkənin siyasətinə və eləcə də iqtisadi siyasətinə təsir edir. Müxtəlif ölkələrdə, müxtəlif zamanlarda bununla bağlı böyük hay-küyə səbəb olan qalmaqallar yaşanır. Məsələn, 2 il bundan öncə Türkiyədə dövlət tərəfindən "Youtube" kanalına giriş qadağan edilmişdi. Daha sonra bu tendensiya "Twitter" sosial şəbəkəsi ilə bağlı baş verdi. Rusiya isə illərdir ki, "öz facebookunu" yaratmağa çalışır. "ВКонтакте"la "Facebook" bir almanın iki yarsıdır. Lakin bu almanın bir yarısı qıpqırmızı, digər yarsı isə Sibir soyuğundan donmuş kimidir. Bununla da məsələ ilə bağlı əslində bir çox mətləb aydın olur. Sosial şəbəkələr çox mühüm alətdir. Ona görə də informasiya texnologiyaları üzrə istehsalçı hesab olunan ölkələrdə bu sahəyə əhəmiyyətli yatırımlar edilir. İnformasiya texnologiyalarının yalnız istehlakçısı olan ölkələr isə gec də olsa prosesə qoşulmaqdadırlar.

İşin marketinq tərəfi kimi pərdənin arxası da var

Müxtəlif ölkələrdə sosial şəbəkələrlə bağlı dövlət qrumları yaradılır, özəl şirkətlər formalaşdırılır. Bu sahə üzrə artıq mütəxəssislər yetişməyə başlayıb. Bu da yeni iş yerlərinin yaranmasına gətirir. Bu, işin marketinq tərəfidir, pərdənin arxası da var. Uşaqkən Şəmsi Bədəlbəylinin müsahibəsini dinləmişdim. Rejissoru olduğu "Hicran" tamaşası haqqında danışırdı. Sonra söhbətin məcrası bir az dəyişdi və belə bir fikir səsləndirdi: "Aktyorları anlamaq çətindir. Səhnədə nə qədər gülürlərsə, səhnə arxasında isə o qədər ağlamalı olurlar. İnsanlar gülmək istəyir. Onların səhnəsi yoxdur". Sosial məsələdir...

Onlara üçün zəng edib salam vermək çox çətin olduğu halda sosial şəbəkə üzərindən salamlaşmaq, tanış olmaq çox rahatdır - "QƏHRƏMANLAR"

Sosial şəbəkələrin insanların psixoloji durumuna təsiri böyükdür. Məsələn psixoloqlar sosial fobiyası, sosiallaşma bacarığı zəif olan insanlara sosail şəbəkə üzərindən virtual mühitdə sosiallaşmağı məsləhət görür. Bu tədricən onların real mühitdə də sosiallaşmasına imkan yaradır. Bir sözlə sosial şəbəkənin spesifik xüsusiyyətlərindən biri  insanın kommunikasiya bacarıqlarını inkşaf etdirməsidir. Məsələn introvert insana kiməsə zəng edib salam vermək çox çətin olduğu halda sosial şəbəkə üzərindən salamlaşmaq, tanış olmaq, hisslərini biruzə vermək çox rahatdı. Haqlı olaraq bəzilərinə "Facebook", bəzilərinə isə "Whatsapp", "Instaqram" qəhrəmanı deyillər.