Xəlifə Əbu Bəkr zəkat verməyənlərlə nə üçün döyüşdü?


Digərləri 07 İyl 2019 21:50:00 195 0

Xəlifə Əbu Bəkr zəkat verməyənlərlə nə üçün döyüşdü?

Xəlifə Əbu Bəkr siyasi hakimiyyətə qarşı hərəkət edənlərlə döyüşüb; ki, bu, müharibə cinayətidir. Qurani-Kərimə baxdıqda görürük ki, "namaz qıl(ın)", "oruc tut(un)" kimi ibadətlə əlaqədar buyuruqlar tamamilə şəxsidir.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, başqa sözlə, fərdlərə aiddir. Zəkat haqqında isə bir tərəfdən deyilir ki, zəkatı verin. Digər tərəfdən də siyasi hakimiyyəti təmsil edən həzrəti Muhəmmədə belə bir tapşırıq verilir:

"Onların mallarından zəkat (sədəqə) al! Belə et ki, onları pak edib təmizə çıxardasan (inkişaf etsinlər)." (Tövbə, 9/103)

Deməli, Quranda xüsusi olaraq vurğulanır ki, zəkat bir tərəfdən fərdi, digər bir tərəfdən də siyasi (dövləti maraqlandıran) cəhəti olan bir ibadətdir.