Yaponiya Mozu-Furuiçi kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olunmasını bayram edir


Digərləri 07 İyl 2019 21:43:13 186 0

Yaponiya Mozu-Furuiçi kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olunmasını bayram edir

Yaponiya nümayəndə heyəti Osakada yerləşən Mozu-Furuiçi kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısı Komitəsinin qərarı ilə Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi barədə qərarını bayram edir

Bakı. Yaponiya nümayəndə heyəti Osakada yerləşən Mozu-Furuiçi kurqanlarının UNESKO-nun Ümumdünya İrsi Siyahısı Komitəsinin qərarı ilə Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi barədə qərarını bayram edir. Trend-in məlumatına görə, NHK telekanalı bununla əlaqədar nümayəndə heyətinin Azərbaycanın paytaxtı Bakıdakı mehmanxanada iyulun 6-da təşkil etdiyi qəbul barədə məlumat yayıb. Bildirilir ki, Sakai, Habikino və Fuci şəhərlərində yerləşən Mozu-Furuiçi kurqanlar toplusu özündə IV-V əsrlərdə inşa edilən 49 məzarlığı birləşdirir. Son 8 ildə Osaka prefekturasının qubernatoru və həmin şəhərlərin merləri birlikdə bu tarixi məkanın UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması ilə əlaqədar birgə iş aparıblar.