Bu 4 tip qadına sosial şəbəkədən istifadə etmək qadağan olunmalıdır!


Digərləri 07 İyl 2019 21:20:00 234 0

Bu 4 tip qadına sosial şəbəkədən istifadə etmək qadağan olunmalıdır!

Bu materialı diqqətlə oxuyun, ola bilər ki, Sizin də öz "facebook", "ınstagram", "whatsApp" hesabınızı bağlamaq vaxtınız çatıb.

Sosial şəbəkələr dövrümüzün fenomenidir. Dünyada əksər insanlar həyatlarını sosial şəbəkəsiz təsəvvür etmir, bir çoxları isə virtual həyatı, real dünya kimi qəbul edir.  Son.az ted.az-a istinadən bildirir ki, əksəriyyət psixoloqlar texnologiya dövrünün ən dəhşətli düşməninin kompüter oyunları olduğunu söyləsələr də, digərləri isə bundan daha təhlükəli olan sosial şəbəkələrin insan ruhunu şikəst etdiyi qənaətindədir.

Psixoloq Ruhəngiz Qarayeva sosial şəbəkələrin insan psixologiyasına təsirini belə analız edir: "Sosial şəbəkələrin mənfi təsiri ilə bağlı psixoloqa müraciət edən insanlar son vaxtlar artıb. Bunları ümumilikdə 4 tipə ayırmaq olar. Birinci tip: "Məndə də, ondakı kimi olsun", ikinci tip: "Ondan zəhləm gedir", üçüncü tip: "Onun kimi etmək lazımdır" və sonuncu dördüncü tip: "Onlar mələkdir" adlandırmaq olar".

Birinci tip: "Məndə də, ondakı kimi olsun"

"Mən  tək yaşıyıram və işdən evə geç gəldiyim üçün dostlarımla görüşə bilmirəm, boş vaxtımı sosial şəbəkələr də keçirirəm. İstifadə etdiyim  3 sosial şəbəkə gündə 4-5 saat vaxtımı alır. Amma düzünü deyim ki, sosial şəbəkələrə baxdıqca ağlıyıram, çünki mən də burdakı qızlar kimi uğurlu olmaq istiyirəm. Onların həyatı sanki bayramdır, gözəl bədən qurluşları, gözəl geyimləri, hər gün kafelərdə,  istirahətdə, hədiyyələr, güllər içindədirlər. Axı niyə onlarda hər şey var, məndə heç nə yoxdu, mən də onlar kimi yaşamaq istiyirəm".

25 yaşlı Aytən sosial şəbəkədə keçirdiyi vaxtın ona təsirini çox səmimi formada, olduğu kimi danışır. O, öz yaşıdlarına həsəd apardığını etiraf edir. Bəs yaxşı, Aytən və onun timsalında neçə-neçə gənc xanımlarda baş verən bu ümidsizlik nə ilə bağlıdır?

Psixoloq Ruhəngiz Qarayeva: "Aytən sosial şəbəkələrdən asılıdır, əks halda o saatlarla sosial şəbəkədə keçirdiyi vaxtın əvəzinə dostları ilə də görüşə bilərdi. Bəs niyə sosial şəbəkələrdən aslıdır? Çünki bu, onun xəyal dünyasıdır. Orada başqa insan rolunda özünü görür. Amma real həyat çətin, qorxunc və təhlükəlidir.

Onun başqalarına qarşı hiss etdiyi həsəd, uşaqlıq dövründə formalaşan  özünə inamın aşağı olmasıdır.  Bu halda çıxış yolu bütün sosial şəbəkələrdən uzaqlaşıb, nə qədər çətin olsa da real həyata qayıtmaq və uğurlu gənc qızlarla tanış olmağa özünü məcbur etməkdir. Başqalarına həsəd aparmaq, nifrətə çevrilən qısqanclıq hissi, əlbəttə ki, normal deyil və bununla insan özünə ancaq neqativləri çəkir ki, bu da insanın uğur qazanmasına mane olur".

İkinci tip: "Ondan zəhləm gedir"

"Onu görməyə gözüm yoxdu. Onun nəyi məndən artıqdır? Kiprik əkdirib, maşın alıb, gündə ən azı xoşbəxt və uğurlu olmağı ilə bağlı 10 status paylaşır. Mənə elə gəlir ki, həyasızın biridir. Sevgilisinin sevgi etriflarını, romantik anlarını paylaşdıqca dəli oluram əsəbimdən. Statuslarına neqativ şərhlər yazıram. Əminəm ki, oxuyub əsəbləşir. Qoy əsəbləşsin, mən necə əsəbləşirəmsə o da eləcə əsəbləşsin".

Bütün dünyaya nifrət bəsləyən 30 yaşlı Türkanın səmimi etirafları...

Psixoloq Ruhəngiz Qarayeva: "Bu, Türkanın hiss etdiyi emosiyalardı. Bəs nə üçün o bu duyğuları yaşayır? Türkan özünü başqaları ilə eyniləşdirdiyi üçün başqa qızlar kimi olmaq istəyi onda aqressiya yaradır. Aqressiya da, asılılıq kimi özünəinamın  azlığından yaranır ki, bu da valideyinlə, dostlarla, kolleqalarla münasibət qurmaqda çətinliklər yaradır. Türkan kommentlərində aqressiyasını bildirməklə özünə qarşı olan hiddətdən azad olmağa çalışır. Ümumiyyətlə əksərən nifrət müəyyən bir insana deyil, şəxsin özünə yönəlmiş olur. Bu vəziyyətdə Türkan da sosial şəbəkələrdən uzaqlaşmalı və real həyatda insanlarla münasibət qurma başarığını artırmalıdır".

Üçüncü tip: "Onun kimi etmək lazımdı"

"Mənim övladımın 2 yaşı var. Ərim çox yorğun olur, bizə diqqət ayırmır. Mən ona kömək etmək qərarına gəlmişəm. Sosial şəbəkələrdə işgüzar gənc analar gördüm və düşündüm ki, onlar kimi olmalıyam. Analarla bağlı qrup açdım, statuslar yazdım, düşündüm ki, izləyici sayım həddən artıq çox olacaq və mən reklamdan pul qazanacam. Təəssüf ki, nən də heç nə alınmadı. Mən artıq ağlamaq səviyyəsindəyəm, niyə onlarda alınır, mən də yox".