Türkiyənin İzmir vilayətində meşələr yanır


Digərləri 07 İyl 2019 20:53:00 253 0

Türkiyənin İzmir vilayətində meşələr yanır

Türkiyənin İzmir əyalətində Seferihisar rayonunda meşə yanğıları qeydə alınıb

Bakı. Türkiyənin İzmir əyalətində Seferihisar rayonunda meşə yanğıları qeydə alınıb. Trend-in məlumatına görə, yanğının söndürülməsi üçün yanğınsöndürənlər göndərilib.Hadisə yerinə 11 helikopter, 10 buldozer və 54 sulayan maşın cəlb edilib. Yanğın yerli vaxtla saat 16:00-da baş verib. Yanğının səbəbi barədə məlumat verilməyib.