Pul xərcləmədən yaxşı vaxt keçirməyin 12 yolu


Digərləri 07 İyl 2019 20:35:00 202 0

Pul xərcləmədən yaxşı vaxt keçirməyin 12 yolu

Nə qədər mümkünsüz görünsə də, əslində əylənmək üçün pul xərcləməyə, yaxud imkanlı olmağa ehtiyac yoxdur. Bir qəpik belə pul xərcləmədən vaxtınızı dəyərli keçirə bilərsiniz.

Son.az gencaile.az-a istinadən pul xərcləmədən yaxşı vaxt keçirməyin 12 yolunu sizinlə bölüşürük. Məsələn, bu həftə sonu bunları sınaya bilərsiniz.

1) Film gecəsi

Bir gecəni ailənizlə birlikdə film seyr etməyə həsr edin. Bu həftə sonu evinizdə komediya filmi festivalı keçirin. Gülmək insanları xoşbəxt edir. Hələ bunu sevdiklərinizlə birlikdə edirsinizsə, bu, daha da zövqvericidir.

2) Komanda oyunu

Birlikdən qüvvət doğar. Birinin həyətində, yaxud boş ərazidə dostlarınızla birlikdə oyun oynamaq əsl istirahətdir. Həm aranızdakı münasibət güclənir, həm də enerjinizi faydalı yerə xərcləyirsiniz.

3) Məşq

İdman etmək sağlamlığın açarıdır. İnternetdə müxtəlif məşq metodları var. Bundan əlavə, piyada yerimək və qaçmaq da seçimlər arasındadır.

4) Şəkil çəkmək

Qələm və kağızdan başqa heç nəyə ehtiyac yoxdur! Beyninizdəki düşüncələri kağıza tökmək ən böyük istirahətdir.

5) Fotoqraflıq

Kameranız olmasa belə, evinizdə maraqlı guşələr və əşyalar çəkmək üçün telefonunuzdan istifadə etmək mümkündür. Bunu kənarda edə və ziyarət etdiyiniz yerlərin gözəl şəkillərini çəkə bilərsiniz!

6) Təmizlik

Bəzi insanları təmizlik işləri ilə məşğul olmaq xoşbəxt edir.  Əgər siz də onlardan birisinizsə, darıxarkən çölə çıxıb pul xərcləmək əvəzinə, evdə təmizlik etməyə cəhd edə bilərsiniz.

7) Karaoke