Telefonda kontaktlar niyə silinir?


Digərləri 07 İyl 2019 20:10:00 212 0

Telefonda kontaktlar niyə silinir?

Smartfonlar - funksiyalarından geniş şəkildə istifadəsi mümkün olan multimedia qurğularıdır. Lakin, bütün maraqlı funksiyalarına baxmayaraq,  telefonların əsas vəzifəsi zənglərdir. Əgər əlaqə və ya sim-kartların işində problem yaranarsa, smartfon yararlı devaysdan oyuncağa çevrilir.  Hansısa səbəbdən telefonun yaddaşından heç bir iz qoymadan vacib nömrələr itərsə, bu da çoxları üçün faciə deməkdir.

Kontaktlar hansı səbəblərdən itə bilər?

Belə qəfil yoxaçıxmaların səbəbi müxtəlif ola bilər.

Son.az ted.az-a istinadən bildirir ki, əgər sizin qadjet (ağıllı əşya, yaddaş daşıyıcısı olan texniki qurğu) yerə düşübsə, hər hansı bir zərbə alıbsa, bir neçə və ya bütünlüklə kontaktların itməsi mümkündür.

Siz internetdə (vacib deyil hansı səhifələrə daxil olduqda) şəbəkəyə qoşularkən Android  müəyyən yazılanları silə bilər.

SMS yaddaşı dolduqda bəzi kontanklar silinə bilər.

Kontaktların @gmail.com akkauntu ilə sinxronlaşdırılma cəhdi olduqda da bu hall baş verə bilər.  

Qurğu zavod parametrlərinə  sıfırlandıqda digər məlumatlar kimi kontaklar da silinir.  

Kontaktlar silinmədən "Gizlilər" kateqoriyasına keçibsə...

Bəzi hallarda bu səbəbsiz də baş verir. Mobil telefon illərlə xidmət edir və müəyyən anda, uzun müddət və titizliklə toplanan verilənləri göstərmir.

Bu əlaqələr  niyə itir və onları  necə bərpa etmək olar?

Hər şey uğursuluğun səbəbindən asılıdır. "Zavod parametrləri"nə qayıtdıqda, itirilmiş nömrələri  ehtiyatda olan  kopiyalardan geri almaq mümkündür.