Almaniyada reys avtobusu aşıb


Dünya 07 İyl 2019 19:53:00 229 0

Almaniyada reys avtobusu aşıb

Almaniyanın Lihtenau şəhəri yaxınlığında reys avtobusu aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Welt" nəşriyyatı bildirib.

Məlumata əsasən, hadisə iyunun 6-dan 7-nə keçən gecə A44 şossesində baş verib. Hadisə nəticəsində 40 nəfər xəsarət alıb.

Avtobus sürücüsü daxil olmaqla 10 nəfər ağır yaralanıb. Yolda hərəkət 4 saat ərzində bağlı olub.