Türkiyədə PKKnın cəbbəxanası aşkarlanıb


Dünya 07 İyl 2019 19:58:00 189 0

Türkiyədə PKKnın cəbbəxanası aşkarlanıb

Türkiyənin Hakkeri vilayətinin Yüksekova rayonu ərazisində PKK terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində PKK-ya məxsus böyük cəbbəxana aşkar olunub. Bildirilir ki, Cümhuriyyət məhəlləsində yaşıllıq ərazidə gizlədilən cəbbəxanadan çoxlu sayda silah və sursat, o cümlədən tank əleyhinə mərmilər və qumbaralar götürülüb.

Sırnak bölgəsindəki Gabar dağı ətəklərində isə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilmiş əməliyyatda 2 terrorçu məhv edilib.