Türkiyə sularında ABŞ bayrağı ilə üzən qayıqda yanğın olub


Dünya 07 İyl 2019 19:59:00 227 0

Türkiyə sularında ABŞ bayrağı ilə üzən qayıqda yanğın olub

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun sahil sularında ABŞ bayrağı ilə üzən yelkənli və motorlu qayıqda yanğın baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanğın "Delmar" adlı 21 metr uzunluqu qayığın mühərrikindən başlayıb. Ərazidəki yanğınsöndürən qayıqların da müdaxiləsi sayəsində alov söndürülüb. Yanğının ətrafdakı qayıqlara keçməsinin qarşısı alınıb.