Qazıntı zamanı qədim Təbrizin


Dünya 07 İyl 2019 19:38:00 219 0

Qazıntı zamanı qədim Təbrizin

Şərqi Azərbaycan vilayətində Təbrizin köhnə məhəllələrinin birində həyata keçirilən layihə çərçivəsində aparılan qazıntı əsnasında qədim şəhərin bir hissəsi aşkarlanıb.

İSNA xəbər agentliyinin məlumatına əsasən, Təbrizin Valman küçəsində aparılan qazıntılar zamanı fəhlələr və mühəndislərin diqqətini tarixi Təbriz şəhərinə aid qədim tikililər cəlb edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, vilayətin mədəni irs idarəsinin baş direktoru həmin qazıntının aparıldığı əraziyə gəlib, yerin altından çıxan qədim memarlıq abidələrini nəzərdən keçirib və şəhər layihəsinin dayandırılmasına əmr verib. Qazıntı işləri iyulun 4-də dayandırılıb.

Bələdiyyə və şəhər şurası bu günə qədər mətbuata açıqlama verməkdən imtina ediblər.

İSNA‌ xəbər agentliyinə danışan tarixçi və Təbriz tarixi üzrə tədqiqatçı Kərim Meymənətnejad deyib ki, tapılan binalar şübhəsiz qədim Təbriz şəhərinin bir parçasıdır, ancaq tapıntıların tam mahiyyəti hələ müəyyənləşdirilməyib.

Tarixçi güman edir ki, tapılan binalar kəhriz və yaxud minarə ola bilər.