Tramp: immiqrasiya reydləri tezliklə başlayacaq


Dünya 07 İyl 2019 19:39:00 197 0

Tramp: immiqrasiya reydləri tezliklə başlayacaq

Prezident Donald Tramp cümə günü bildirib ki, kütləvi deportasiyalar tezliklə başlayacaq, ABŞ-ın miqrant haqları fəalları isə immiqrasiya işçiləri gəldikdə hazır gözləyəcəklərinə söz verib.

Yeni gələnlər hədəf alınır

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ-In İmmiqrasiya və Gömrük Mühafizə (ICE) idarəsi ötən ay bildirib ki, reydlər zamanı Birləşmiş Ştatlara yeni gələn sənədsiz miqrantlar hədəf alınacaq ki, mərkəzi amerikalı ailələrin ölkənin cənub-qərb sərhədinə doğru irəliləməsinin qarşısını alsın.

ICE-ın reydləri zamanı agentlərin hədəf aldığı sənədsiz miqrantlarla yanaşı başqa miqrantların da həbs olunacağı gözlənilir.