China Mobilein 5G smartfonunu istehsal etmək istəyi alınmadı


Digərləri 07 İyl 2019 19:10:00 255 0

China Mobilein 5G smartfonunu istehsal etmək istəyi alınmadı

Ötən ay "China Mobile" şirkəti, 5G dəstəyi ilə çox ucuz smartfon buraxacağını söyləmişdi.

Son.az ted.az-a istinadən bildirir ki, onun qiymətinin ilkin mərhələdə təxminən 280 dollar, gələcəkdə isə 100 dollardan daha ucuz olacağı proqnozlaşdırılırdı.

Bu gün isə "China Mobile" təmsilçiləri jurnalistlərlə görüşdə şirkətin ilk 5G smartfonunu təqdim etdi və məlum oldu ki, onun qiyməti vəd edildiyindən daha bahadır.

Şirkətin 5G smartfonu, "Snapdragon 855" prosessorlu və 6,47 düym diaqonallı "AMOLED" ekrana malik "Forerunner X1" oldu. "Forerunner X1"in avqustda istehsal ediləcəyinə söz verilib, onun qiyməti isə təxminən, 735 dollar təşkil edəcək.

Qeyd etmək lazımdır ki, hələlik 5G-ni dəstəkləyən ucuz prosessor yoxdur, buna görə, 5G smartfonunu 280 dollar satış qiymətində gözləməyə dəyməz.