GM avtomobillərini havasız şinlər ilə təchiz edəcək VİDEO


Digərləri 07 İyl 2019 19:01:00 210 0

GM avtomobillərini havasız şinlər ilə təchiz edəcək  VİDEO

Michelin və General Motors şirkətləri havasız şin texnologiyasının təkmilləşdirilməsi üçün güclərini birləşdirmək qərarına gəliblər. Tərəfdaşlar artıq Uptis adlı yeni məhsulu da təqdim ediblər. Yeni şinlərin effektivliyini GM konserninin Milforddakı (Miçiqan) poliqonunda sınaqdan keçirəcəklər.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni şinlərin adı Unique Puncture-proof Tire System (deşilmələrə qarşı dayanıqlıqlığa malik olan unikal şinlər) kimi açıqlanır. Şinlərin konstruksiyası xarici protektordan və daxili çevrədən ibarətdir. Onların arasında isə, kompozit kauçukun və polimer şüşə liflərinin qarışığından hazırlanmış "millər" quraşdırılıb. Bu millərdən istiifadə şinləri kifayət qədər yüksək sürətlərdə istismar etməyə imkan verəcəkdir.

Uptis şinləri ilə təchiz edilmiş Chevrolet Bolt EV elektrokarı GM konserninin Milforddakı poluqonunda sınaqdan keçiriləcəkdir. Əgər hər şey yaxşı nəticələnərsə, GM 2024-cü ildə bir sıra modellərini opsional olaraq belə şinlərlə təchiz edəcəkdir. Yeni şinlər ressoraltı çəkiləri azaltmağa və elektrokarların yürüş məsafəsini artırmağa imkan verəcəkdir.