Yüksək xolesterola qarşı 5 qida


Digərləri 07 İyl 2019 19:05:00 191 0

Yüksək xolesterola qarşı 5 qida

Zeytun yağı: Ən yaxşı doymamış yağ mənbəyi olan zeytun yağı xolesterol və iltihabı azaldır. Ürək sağlamlığı üçün doymuş və trans yağların yerinə təklif edilir. Hər cür salat və yeməklərdə istifadə edilə bilər.

Badam: Son.az movqe.az-a istinadən bildirir ki,Badam, ürək damar sağlamlığı üçün bol miqdarda doymamış yağlar ehtiva edir. Tərkibindəki yüksək nisbətdə yağ sayəsi ilə ürəyi qoruyur. Xolesterolu salır. Eyni zamanda bir E vitamini mənbəyi olan badam, xolesterola bağlı inkişaf edən damar tutulmalarına gətirib çıxaran val meydana gəlməsini gecikdirir.

Acı şokolad: Xolesterolun digər bir düşməni də acı şokoladdır. Şokoladdakı kakaonun tərkibində olan antioksidantlar doymamış yağ ehtiva edir. Bu da xolesterolun düzəlməsinə köməkçi olur.

Qoz: Qoz doymamış yağ və omeqa 3 yağ turşusu ehtiva edir. Hər gün nizamlı istehlak edildiyində xolesterolun səviyyəsini 15%-ə qədər salır və eyni zamanda damarlardakı qan dövranını nizamlayır və bədəndəki iltihablanmağı azaldır.