Avtobus qəzaya uğradı:


Dünya 07 İyl 2019 18:56:00 239 0

Avtobus qəzaya uğradı:

Konqo Demokratik Respublikasının (KDR) qərbində sərnişin avtobusu qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 9 nəfər həlak olub, 47 nəfər xəsarət alıb.

Avtobus ölkənin paytaxtı Kinşasa istiqamətində gedirmiş. Həmin vaxtda sərnişin avtobusu üç avtomobillə toqquşub.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün sürət həddinin aşması olub.