Netanyahu səhiyyə naziri ilə görüş tələb etdi


Dünya 07 İyl 2019 18:16:18 197 0

Netanyahu səhiyyə naziri ilə görüş tələb etdi

İsrailin baş naziri Binyamin Netanyahu hökumətin bu gün keçirilmiş iclasında səhiyyə naziri ilə görüşün keçirilməsini tələb edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, vəziyyətin maraqlı tərəfi səhiyyə naziri funksiyalarını Netanyahunun özünün icra etməsindən ibarətdir.

Mənbəyə görə, səhiyyə sistemindəki problemlərlə bağlı məlumatlardan qəzəblənmiş Netanyahu yumruğunu masaya çırpıb və tələb edib ki, səhiyyə naziri ilə görüş təyin olunsun.

"Cənab baş nazir, bu, sizin özünüzsünüz", - iclas iştirakçıları ona xatırladıb.