İtaliya və ABŞ-ın mədəni irs nümunələri YUNESKO-nun siyahısına daxil edilib


Digərləri 07 İyl 2019 16:45:00 228 0

İtaliya və ABŞ-ın mədəni irs nümunələri YUNESKO-nun siyahısına daxil edilib

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də günün ikinci yarısında işini davam etdirdi

Bakı. Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də günün ikinci yarısında işini davam etdirdi. Trend-in məlumatına görə, plenar iclasda baxılan növbəti məsələ İtaliyanın təqdimatı – bu ölkənin Konelyano və Valdobbyadene bölgələrindəki Prosekko təpələri ilə bağlı nominasiya oldu. Nominasiyaya dair ICOMOS nümayəndəsinin hesabatında deyildi ki, bu mədəni relyefdə XIX əsrdən bəri heç sənaye obyekti inşa edilməyib, hətta üzüm bağlarında bütün kultivasiya işlərini mexaniki qaydada aparırlar. Ötən sessiyada verilən tövsiyələr nəzərə alınıb, qorunan sahə 90 min hektara çatıb. Görülən tədbirlər əsas verir ki, nominasiya Ümumdünya İrs Siyahısına daxil edilsin. Müzakirə zamanı Tunis, Azərbaycan, İspaniya, Uqanda, Küveyt, Çin və digər ölkələr müsbət rəy verdilər. Qərar layihəsi ciddi dəyişiklik olmadan qəbul edildi. Daha sonra Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi “Frenk Lloyd Raytın 20-ci əsr memarlığı” nominasiyası müzakirəyə çıxarıldı.