Qadın alverində suçlanan amerikalı milyarder... FOTO


Dünya 07 İyl 2019 15:31:00 189 0

Qadın alverində suçlanan amerikalı milyarder...  FOTO

Xəbər verildiyi kimi, amerikalı milyarder və maliyyəçi Ceffri Epşteyn qadınları seksual köləliyə cəlb etmək üstündə həbs olunub. Bu ilin iyul ayının 8-də onun Nyu-Yorkun Manhetten məhkəməsinin önünə çıxarılması gözlənilir.

Son.az musavat.com-a istinadən bildirir ki, xüsusilə azyaşlı qızları pul müqabilində başqalarına satmaqda təqsirləndirilən iş adamının nüfuzlu siyasətçilərlə əlaqələri üzə çıxıb.

ABŞ mediasının xəbərinə görə, biznesmen hazırkı prezident Donald Tramp, keçmiş prezident Bill Klinton, habelə Böyük Britaniya şahzadəsi, York hersoqu Endryu ilə dostluq edibmiş. 

Qeyd olunur ki, yəhudi əsilli milyarder ilk dəfə 2005-ci ildə polisin diqqət mərkəzinə düşüb. 

Həmin ilin martında bir qadın Floridanın Plam-Biç rayonunun polis idarəsinə müraciət edərək 14 yaşlı qızının yaşlı bir qadın tərəfindən C.Epşteyinin malikanəsinə aparıldığını bildirib. 

Burada həmin qıza 300 dollar müqabilində soyunub milyarderə masaj etmək təklif olunub. Polisin apardığı araşdırma zamanı yaşı 18-dən aşağı olan 5 qızın da eyni üsulla Epşteyinin evinə götürüldüyü ortaya çıxıb. Bundan başqa milyarderin "masaj seansları"nı foto və video görüntüləri aldığı aşkar edilib.

"The International Business Times" saytının verdiyi məlumata görə, Ceffri Epşteyn bu cür kameraları malikanəsinin hər yerində quraşdırıb. Belə görünür ki, onun təklif etdiyi intim xidmətlərdən başqa zənginlər də yararlanıbmış. Milyarderin görüntülərdən onlara qarşı şantaj məqsədilə istifadə etdiyi güman olunur. 

Məsələn, 2015-ci idə Ceffri Epşteyinin malikanəsindəki qonaqlarından biri də məhz şahzadə Endryu olub.


Xəbərə aid fotolar